ABŞ prezidenti Co Bayden Fransaya səfərə gedib.
Azpost.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Məlumata görə, Fransa prezidenti Emmanuel Makron səfər çərçivəsində ABŞ prezidentini qəbul edəcək.
Ağ Evin Milli Təhlükəsizlik üzrə mətbuat katibi Con Kirbinin sözlərinə görə, prezidentlər Rusiyanın təxminən 300 milyard dollar dəyərində dondurulmuş aktivlərindən mümkün istifadəni də müzakirə edəcəklər.
Azpost.info