ABŞ Prezidenti Cozef Bayden iyunun 17-də Ağ Evdə NATO-nun baş katibi Yens Stoltenberqlə görüşüb.
Bu barədə Ağ Ev məlumat yayıb.
Tərəflər Rusiya – Ukrayna müharibəsi və Hind – Sakit okean regionundakı vəziyyəti müzakirə ediblər.
“Prezident NATO müttəfiqlərinin Ukraynanı dəstəklədiyini, o cümlədən Hind – Sakit okean regionunda təhlükəsizliklə bağlı məsələləri alıqşaladığını bildirib”.
ABŞ Prezidenti və Baş katib müdafiə xərcləri ilə bağlı əhəmiyyətli irəliləyişləri müzakirə ediblər.