Bayden Rusiyanın gələn ay Ukraynanı işğal edə biləcəyinə dair Zelenskini xəbərdar edib

ABŞ Prezidenti Co Bayden telefon danışığı zamanı ukraynalı həmkarı Vladimir Zelenskini Rusiyanın fevralda Ukraynanı işğal edə biləcəyinə dair xəbərdar edib.

Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının mətbuat katibi Emili Horn “Twitter”də bildirib.

“Prezident qeyd edib ki, Rusiyanın fevralda Ukraynanı işğal edə biləcəyinə dair açıq bir ehtimal var. O, bunu ictimaiyyət qarşısında da deyib və biz təxminən bir aydır ki, bu barədə xəbərdarlıq edirik”, – deyə Emili Horn bildirib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir