Bayden səlahiyyətinin bir hissəsini maliyyə naziri və dövlət katibinə verib

ABŞ prezidenti Co Bayden Ukraynaya Dəstək Aktı çərçivəsində səlahiyyətlərinin bir hissəsini, o cümlədən dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsinə dair müddəaları maliyyə naziri Canet Yellen və dövlət katibi Antoni Blinkenə təhvil verib.

Azpost.info bildirir ki, bu barədə Ağ Evin yaydığı məlumatda deyilir.

“Xəzinədarlıq katibi bu memorandumu Federal Reyestrdə dərc etmək səlahiyyətinə malikdir və ona istiqamətləndirilib”, – məlumatda vurğulanır.

“Ukraynalılar üçün iqtisadi rifah və imkanları bərpa etmək” qanun layihəsi ABŞ icra hakimiyyətinə Rusiyanın suveren aktivlərini Ukraynanın xeyrinə ələ keçirmək üçün lazımi səlahiyyətlər verir.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.