Bayden seçki yarışından geri çəkilməyəcəyini bildirib

ABŞ prezidenti Co Bayden ABŞ Konqresindəki demokratik fraksiyaların rəhbərliyinə yazdığı məktubda seçki yarışından geri çəkilmək niyyətində olmadığını bildirib.

Azpost.info xəbər verir ki, Bayden həmçinin respublikaçı Donald Trampı məğlub edəcəyinə əmin olduğunu bildirib.

ABŞ lideri məktubun mətnini X-də (keçmiş Tviter) dərc edib.

Bayden qeyd edib ki, Demokratlar Partiyası ilkin seçkilərində 14 milyondan çox seçicinin səsini toplayıb və bununla da prezident seçkilərinə namizəd irəli sürəcək partiyanın qurultayına 3,9 mindən çox nümayəndənin dəstəyini qazanıb.

“Demokratların namizədinin kim olacağına seçicilər və yalnız seçicilər qərar verir”, – Bayden bildirib.

Azpost.info

Əvvəlki məqalə

Avro-2024-ün ən sürətli oyunçuları açıqlanıb

Sonrakı məqalə

Ərdoğan İran prezidenti Pezeşkianla telefonla danışıb