Bayram günlərində Azərbaycanın milli parklarını 5 mindən çox turist ziyarət edib

2024-cü “Yaşıl dünya naminə həmrəylik ili”nin ilk bayram günlərində Azərbaycanın müxtəlif ekosistemlərini əhatə edən milli parklara 5005 turist səfər edib.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova məlumat verib.

Ölkə üzrə rəngarəng təbiət komplekslərinə malik 10 milli park fəaliyyət göstərir və hər gün ekoloji turizm həvəskarları üçün açıqdır.

Milli parklarda meşə, dağ, dəniz və digər təbii ekosistemləri əhatə edən 116 ekoturizm marşrutu mövcuddur.

Milli parklar xüsusi mühafizə edilən təbiət əraziləri olmaqla, ətraf mühitin, bioloji müxtəlifliyin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində Azərbaycanın beynəlxalq səviyyədə götürdüyü öhdəliklərin yerinə yetirilməsində xüsusi əhəmiyyət kəsb edir.

 

Əvvəlki məqalə

“Bakıda tramvay yolu çəkməyin mənası yoxdur…” –

Sonrakı məqalə

Yeni Bakı və Sumqayıt yolu tıxaclara necə təsir edəcək?