“Baza prinsipləri Ermənistan üçün cədvəlin tərtibini nəzərdə tutur” –

Ceyhun Bayramov Moskva görüşünün nəticələrini açıqladı
10 Oktyabr 2020 - 15:50

“Moskvada keçirilmiş görüşün əsas məqsədi  humantiar atəşkəsin təşkil edilməsidir. Döyüş məkanında cəsədlin çıxarılması, əsir alınmış hərbçilərin mübadiləsinin həyata keçirmək kifayət qədər spesifik əməliyyatdır. Bəyannamədə bu iş Qırmrzı Xaçın üzərinə qoyulub”.

Azpost.info xəbər verir ki, bu sözləri Xarici işlər naziri Ceyhun Bayramov keçirdiyi mətbuat konfransında bildirib.

Nazirin sözlərinə görə, 4 bənddən ibarət sənəddə hər bəndin kifayət qədər vacib mənası var. “Döyüş meydanında əldə etdiyimiz qələblər siyasi meydandan üstünlükər verməkdədir”.

C.Bayramov deyib ki, sənəddə Ermənistan humanitar atəşkəslə yanaşı danışıqlarda baza prinsiplərini təsdiq etməyə məcbur oldu.

“Bu sənəddə Ermənistan təsdiq etdi ki, danışıqlar prosesinin formatı dəyişməz qalır. Danışıqlarda  3-cü tərəf ola bilməz”.

Nazir bildirib ki, Moskvada danışıqlarda Ermənistanın təhlükəsizliklə bağlı əlavə istəkləri olub. “Onların əsas iddiası bu idi “bizə qarşı güc tətbiq edilir, bu beynəlxalq hüquqa ziddir”. Biz bəyan etdik ki, danışıqlarda Ermənistanın beynəlxalq hüquqdan danışmaq  huququ çoxdan itirib”.

Nazirin sözlərinə görə, 2-ci maddədə ümumi atəşkəs üçün lazım olan parametlərin razılaşdırılması prinsipi qoyulub. “Bu ermənilər çox narahat edirdi. Onlar beynəlxalq müşahidəçilərin gəlişi bağlı şərt qoymaq isəyirdilər. biz dedik bu mümkün deyil. Yalnız Ermənistan qoşunları işğal edilmiş torpaqlardan çıxarıdıqdan sonra mümkün ola bilər”.

C.Bayramov bildirib ki, baza prisinplərinin tərkib hissəsini işğal edilmiş rayonların mərhələlərlə qaytarılmasını  ehtiva edir.  “Baza prinsipləri cədvəlin tərtibini nəzərdə tutur.  Bu 5 rayon, daha sonra 2 rayon, Icmaların birgə yaşayışı digər mərhələdə həll olunması nəzərdə tutur. Bu məhz həmin o cədvəl anlamına gəlir”.

Xarici işlər naziri Ceyhun Bayramov  deyib ki, atəşkəsin müddəti göstərilməyib.

“Beynəlxalq Qırmızı Xaç Komitəsi tərəfindən cəsədlərin və əsirlərin dəyişdirilməsinin hansı müddəti əhatə edəcəyini indidən söyləmək çətindir”.