BDU karantinə alınan çinli tələbə ilə bağlı məlumat yaydı –"Kliniki Tibbi Mərkəzə müayinəyə göndərilib" (RƏSMİ)

“BDU-nun Tarix fakültəsinin III kurs tələbəsi Liu Yousha yanvar ayının ortalarında Çindən Azərbaycana geri dönüb. Tələbədə hər hansı bir virusun əlamətləri müşahidə olunmayıb”.

Bu barədə Bakı Dövlət Universitetindən verilən məlumatda qeyd olunub. Bildirilir ki, tələbə Çinin hazırda virusun tüğyan etdiyi bölgəsindən deyil.

“O, Çindən gəldiyi üçün Universitet rəhbərliyinin təşəbbüsü ilə Kliniki Tibbi Mərkəzə müayinəyə göndərilib. Tələbə KTX-yə tərəfimizdən göndərilərkən onda heç bir xəstəlik əlaməti olmayıb. Kliniki Tibbi Mərkəzdə Liu Yousha müayinə olunub, onda virusun heç bir əlaməti aşkar olunmayıb, yalnız karantin müddəti ilə bağlı təhlükəsizlik baxımından nəzarətdə saxlanılır.

Bakı Dövlət Universitetində çoxlu əcnəbi tələbələr təhsil alır. Universitet rəhbərliyi hər zaman onlara diqqət və qayğı ilə yanaşır. Liu Yousha da bu məqsədlə müayinəyə göndərilib və universitet rəhbərliyinin diqqətində saxlanılır”, – deyə məlumatda bildirilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

SİNEMA: “Çili üzərində gecə” –

Sonrakı məqalə

ABŞ-da avtomobillə Trampın iqamətgahına soxulmaq istəyən iki nəfər tutulub