Bakı Dövlət Universitetinin (BDU) sabiq rektoru, hüquq elmləri doktoru, professor Firudin Səməndərov vəfat edib. Bu barədə APA-ya BDU-nun Hüquq fakültəsinin dekan müavini Toğrul Vəliyev məlumat verib.  O qeyd edib ki, F. Səməndərov bu gün 80 yaşında vəfat edib. Xatırladaq ki, F. Səməndərov 1992-1993-cü illərdə BDU-nun rektoru olub. O, BDU-nun Cinayət hüququ və Kriminologiya kafedrasının müdiri vəzifəsində çalışıb. Allah rəhmət eləsin!