2026-cı ilin oktyabr ayında Azərbaycanda əlilliyə görə ümumilikdə 554 743 nəfər pensiya, aylıq müavinət və Prezident təqaüdü alıb.
Bu barədə DSMF-dən Azpost.info bildirilib.
Açıqlanan statistik məlumatda bildirilir ki, hesabat dövründə əlilliyə görə 238 637 nəfərə pensiya, 223 866 nəfərə aylıq müavinət, 92 240 nəfərə isə Prezident təqaüdü ödənilib.
Beləliklə, oktyabr ayında əlilliyə görə pensiya alanların sayı 238,6 min, aylıq müavinət alanların sayı 223,9 min, Prezident təqaüdü alanların sayı isə 92,2 min nəfər olub.
Qeyd edək ki, bu rəqəmlər 2026-cı ilin oktyabr ayına aid göstəricilərdir.