Belqorodda “Rossiya 24” telekanalının əməkdaşı minaya düşüb

Belqorod vilayətinin Şebekino şəhərində 4 nəfər minaya düşüb.

Azpost.info bildirir ki, bu barədə Belqorod vilayətinin qubernatoru Qladkov teleqram kanalında yazıb.

Qeyd olunur ki, xəsarət alanlardan üçü ərazi müdafiəsinin əməkdaşı, digəri isə “Rossiya 24” telekanalının jurnalistidir.

“Şebekino şəhərində dörd nəfər minaya düşüb. Onlardan üçü özünümüdafiə qrupunun üzvü və bir “Rossiya 24” telekanalının əməkdaşı olub. Telekanal operatoru ağır vəziyyətdə Şebekinski Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb Onun qarın boşluğunda və sol çiynində qəlpə yaraları olub. Həkimlər hazırda əməliyyat keçirirlər”, – Belqorod vilayətinin başçısı yazıb.

İki nəfər ambulator müalicə üçün evə göndərilib.

Xatırladaq ki, iyunun 10-da səhər saatlarında Qladkov artıq raket təhlükəsi barədə xəbərdarlıq etmişdi. O, həmçinin sərhəddəki Şebekino şəhərinin atəşə tutulduğunu bildirib. Nəticədə 3 nəfər xəsarət alıb.

Əvvəlki məqalə

Azərbaycan və Türkiyə XİN rəhbərləri regional məsələləri müzakirə edib

Sonrakı məqalə

Salyanda məktəblilərin Şirvan Milli Parkına növbəti ekoturu keçirilib –