Demensiyadan qorunmaq üçün nə yeməliyik?- Britaniyalı alimlər araşdırdı

Düzgün qidalanma beyin sağlamlığını təmin edə və yaşlandıqda demensiyadan qoruya bilər.

Azpost.info xəbər verir ki, bu qənaətə Böyük Britaniyanın Tafts Universitetinin alimləri gəliblər.

Alimlər sübut ediblər ki, balanslaşdırılmış qidalanma yaşlı insanlarda demensiyanın qarşısını alır. Ancaq düzgün qidalanmağa uşaqlıqdan başlamaq lazımdır.

Tədqiqat təxminən 70 il ərzində aparılıb. Britaniyalı həkimlər və elm adamları 3 min xəstəni müşahidə edib, onların vəziyyətini dörd ildən 70 ilədək izləyiblər.

Araşdırmaya görə, daha çox tərəvəz, meyvə, paxlalılar və tam taxıl yeyən insanlar yüksək idrak funksiyasını qoruyub saxlayıblar. Eyni zamanda onlar duz, şəkər və təmizlənmiş taxıllardan daha az istifadə ediblər.

Qocalıqda idrak qabiliyyəti aşağı olan xəstələrdə bir çox hallarda (58 faiz) pis qidalanma müşahidə olunub.

Azpost.info

Əvvəlki məqalə

“Qarabağ” qapıçı Luka Quqeşaşvili ilə yollarını ayırıb

Sonrakı məqalə

Azad edilmiş ərazilərin quruculuğuna həsr olunan tədbir keçirilib –