Beyləqanda 49 yaşlı kişi qətlə yetirilib, cinayət işi başlanılıb

Beyləqanda baş vermiş qətllə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bu barədə “Report”a rayon prokurorluğundan məlumat verilib.

Belə ki, dekabrın 23-də Beyləqan rayonu ərazisində 1973-cü il təvəllüdlü Kamil Fərzəliyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı 1978-ci il təvəllüdlü Rafiq Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla xəsarəti yetirərək Kamil Fərzəliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Rafiq Əliyev şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə istintaq davam edir.

*****

Beyləqan rayonunda 49 yaşlı kişi qətlə yetirilib.

DİN-in Mətbuat Xidmətindən “Report”a bildirilib ki, hadisə dekabrın 23-də saat 16:10 radələrində baş verib.

Belə ki, Beyləqan rayonunda 1973-cü il təvəllüdlü Kamil Fərəzliyevin bıçaqla öldürülməsi barədə polisə məlumat daxil olub.

Beyləqan RPŞ əməkdaşları tərəfindən cinayət əməlini törətməkdə şübhəli bilinən 1978-ci il təvəllüdlü Rafiq Əliyev saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırmalar davam etdirilir.

Əvvəlki məqalə

“Bu formada müqavilə imzalanmır”

Sonrakı məqalə

Serbiya Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb