“Beynəlxalq iqtisadi nizamı pozanlara qarşı sərt tədbirlər görüləcək”- ABŞ maliyyə naziri

Cənubi Koreyada səfərdə olan ABŞ maliyyə naziri Canet Yellen beynəlxalq iqtisadi nizamı pozan ölkələri ağır nəticələrlə hədələyib.

Azpost.info xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

Yellenin sözlərinə görə,  ABŞ və müttəfiqləri dünya iqtisadi nizamını dəstəkləyən norma və dəyərlərə möhkəm bağlılıq tələb edəcək. Bundan sui-istifadə edən və ya onu pozan dövlətlərə qarşı sərt tədbirlər görüləcək.

Nazir bütün ölkələri Rusiyanın Ukraynadakı müharibəsinə qarşı birləşməyə çağırıb. O, ABŞ-ın tədarükün davamlılığını artırmaq və geosiyasi rəqiblər tərəfindən mümkün manipulyasiyaların qarşısını almaq üçün Cənubi Koreya və digər etibarlı müttəfiqləri ilə ticarət əlaqələrini genişləndirmək istədiyini deyib. Yellen hansı rəqibləri nəzərdə tutduğunu açıqlamayıb.

ABŞ maliyyə naziri Seulda yüksək vəzifəli rəsmilərlə Rusiya neftinin qiymətlərinin məhdudlaşdırılmasını da müzakirə edəcək. Nazir bu gün Cənubi Koreya prezidenti ilə danışıqlar aparacaq, həmçinin Baş nazirin müavini, planlaşdırma və maliyyə naziri və Koreya Bankının rəhbəri ilə  görüşəcək.

Azpost.info

Əvvəlki məqalə

İyunda 2 min 452 nəfərə elektron qaydada pensiya təyin olunub

Sonrakı məqalə

İran və Türkiyə prezidentləri Tehranda görüşüb