Beynəlxalq istiqamətlərdə sərnişin daşımaları:50 faizi xarici aviaşirkətlərin payına düşüb

Bu ilin fevral ayında Heydər Əliyev Beynəlxalq Aeroportu 471 mindən çox sərnişinə xidmət göstərərək sərnişin axınını artırmaqda davam edir. Bu, 312 min sərnişinin daşındığı ötən ilin müvafiq dövrü ilə müqayisədə 50,7 faiz çoxdur.

Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən bildirilib ki, fevral ayında 13-ü aşağı büdcəli (loukoster) olmaqla, 33 aviaşirkət 3853 reys həyata keçirib. Beynəlxalq istiqamətlər üzrə sərnişin daşımalarının 50,5 faiz xarici aviaşirkətlərin, qalan hissəsi isə milli aviadaşıyıcının payına düşüb. Xarici aviaşirkətlər 215 mindən çox, “Azərbaycan Hava Yolları” isə 211 min sərnişinə xidmət göstərib. Naxçıvan istiqamətində 44 mindən çox sərnişin daşınıb. Bununla yanaşı, tranzit sərnişinlərin sayı ötən ilin fevral ayı ilə müqayisədə 106 faiz artaraq 25 min nəfər təşkil edib.

Cari ilin fevral ayında Bakı hava limanından ən populyar beynəlxalq istiqamətlər İstanbul, Əbu-Dabi, Tbilisi, Dubay və Moskva şəhərləri olub ki, burada 228 mindən çox sərnişinə xidmət göstərilib.

Əvvəlki məqalə

Qadınlarımız ordu quruculuğunda da yaxından iştirak edirlər

Sonrakı məqalə

Azərbaycanda sabit genişzolaqlı internetin orta sürəti 35,2 Mbps-dir