Beynəlxalq Reytinq Agentliyi Azərbaycan üzrə proqnozunu qəfildən mənfiyə dəyişib

«Fitch Ratings» reytinq agentliyi Azərbaycan üzrə proqnozlarına yenidən baxıb və proqnozu pisləşdirib. 

Azpost.info Fed.az-a istinadən xəbər verir ki, Agentlik Azərbaycanın xarici valyutada uzunmüdətli defolt reytinqini «Sabit»dən «Neqativ»ə dəyişib və «BB +» səviyyəsində təsdiqləyib.
Agentlik bildirir ki, əslində mövcud olan reqlamentə əsasən, reytinqlərin yoxlanılması əvvəlcədən açıqlanan qrafik üzrə həyata keçirilməlidir. Azərbaycanla bağlı reytinqin növbəti açıqlanması da 2020-ci ilin 17 iyununda nəzərdə tutulub.

Bununla yanaşı, istisna hallarda bu qrafikə dəyişiklik edilir və bunlardan da biri emitentin kredit qabiliyyətinin ciddi surətdə dəyişməsidir. «Fitch» hesab edir ki, hazırda Azərbaycanda baş verən proseslər təqvimdən kənara çıxmağı tələb edir.

Əsas reytinq drayverləri
«Fitch» Agentliyi hesab edir ki, Azərbaycan üzrə proqnozlara yenidən baxılması aşağıdakı səbəblər və onların təsir gücü ilə bağlıdır.

Yüksək təsirli səbəblər 
Agentlik bildirir ki, mənfi proqnozun əsas səbəbi neftin ucuzlaşması və koronavirusla əlaqədar olaraq ölkənin yaşadığı ikiqat şokun xarici aktivlərinə təsiri, eləcə də bu vəziyyətin makroiqtisadi sabitliyi pozması riski yaratmasıdır.

Agentlik bildirir ki, dünya bazarında neftin qiymətinin fevralın sonundan indiyədək 32% azalmasına baxmayaraq, hökumətin manatın məzənnəsini inadkarlıqla 1,7 manat həddində saxlaması həddən artıq baha başa gəlir və xarici təzyiqlər zəifləməsə, bu inadkarlığın nəticəsi olmayacaq. 
«Fitch» xatırladır ki, Azərbaycan neft sektorundan yüksək dərəcədə asılıdır – ÜDM-nin 40%-i, icracın 90%-i, vergilərin isə 3-də ikisi neftin payına düşür.
Agentlik xatırladır ki, ilin əvvəlindən indiyədək Dövlət Neft Fondu valyuta hərraclarında 2,9 milyard dollar satıb. Təkcə mart ayında 1,9 milyard dollar satılıb. Neft Fondunun bu üç ayda satdığı valyuta Fondun büdcə qarşısında 6,7 milyard dollarlıq illik öhdəliyinin 45%-ni təşkil edir. Fondun büdcədə nəzərdə tutulandan artıq dollar satması üçün büdcə haqqında qanun dəyişməlidir.
Agentlik bildirir ki, mart ayının sonuna Mərkəzi Bankın valyuta ehtiyatları bir qədər artaraq 6,3 milyard dollardan 6,4 milyard dollara yüksəlib. Amma bu göstərici 4 aylıq cari xarici ödənişlərdən aşağıdır.
«Fitch» xatırladır ki, valyuta hərraclarında satılan dolların həcmi martın 10-da pik həddə çatıb (323 milyon dollar), sonradan davamlı azalaraq aprelin 9-da 55 milyon dollara enib. Amma əgər neftin qiyməti aşağı olsa və manatı qorumaq lazım olsa, hətta bu cür aşağı tələb halında belə, valyutanın satış sürəti xarici aktivlərin azalmasına gətirib çıxara bilər. Agentlik xatırladır ki, Azərbaycanın xarici aktivləri yüksəkdir və Mərkəzi Bankla Dövlət Neft Fondunun vəsaitlərini birgə hesablayanda 2019-cu ilin sonuna 49,5 milyard dollar təşkil edir. Bu ölkənin 27 aylıq idxalına bərabərdir.

Agentlik ölkə iqtisadiyyatı üçün risklərdən biri kimi, həyata keçiriən iqtisadi siyasətin proqnozlaşdırıla bilən və şəffaf olmadığını qeyd edir. «2014-2015-ci illərdə neftin aşağı qiyməti ilə bağlı şoklar zamanı Azərbaycanın təcrübəsini nəzərə alanda bu vəziyyət səhv etmək riskini artırır»-deyə açıqlamada deyilir. Agentlik bildirir ki, hazırda Azərbaycanda depozitlərin dollarlaşması səviyyəsi (2019-un sonuna 61%) və kreditlərin dollarlaşma səviyyəsi (35%) 2015-ci ildə olandan aşağıdır. Amma bu göstəricilər 2014-cü ildən yüksəkdir və mümkün devalvasiyanın potensial təsirini artırır.

«Fitch» bildirir ki, neftin qiymətinin düşməsi Azərbaycanın tədiyə balansında cari əməliyyatlar saldosunun xeyli pisləşməsinə səbəb olacaq. Səbəbi odur ki, cari əməliyyatlarda gəlirlərin 67%-i malların ixracının payına dühür. «Fitch» proqnoz edir ki, cari əməliyyatlar saldosu 2019-cu ildə müsbət 9,3%-dən, 2020-ci ilin sonunda mənfi 2,8% (ÜDM-ə nisbətdə) olacaq. Çünki malların idxal-ixracı üzrə profist 2019-cu ildə 18% olduğu halda 2020-ci ildə cəmi 5% (məbləğin ÜDM-ə nisbəti) təşkil edəcək. Cari əməliyatlar üzrə profisit 2021-i ildə yaranaraq 5.2% təşkil edəcək, çünki neftin qiymətinin artması gözlənilir.

Orta təsirli səbəblər

Agentlik bildirir ki, koronavirusa qarşı görülən tədbirlər və neftin qiymətinin ucuzlaşması iqtisadi aktivliyin nəzərəçarpacaq dərəcədə azalması ilə nəticələnəcək. «Fitch» proqnoz edir ki, real ÜDM 4,8% azalacaq. Çünki uzun məzuniyyətlər və məhdudiyyətlər səbəbindən gəlirlər, tələbat və qeyri-neft iqtisadiyyatının aktivliyi azalacaq. «Biz hesab edirik ki, neftin qiymətləri və tələbat bərpa olunsa, real ÜDM-nin artımı 2021-ci ildə 2,5% təşkil edəcək».

Agentlik bildirir ki, iqtisadi artımla bağlı şok hökumətin iqtisadi dəstək zərfi nəticəsində nisbətən yumşalacaq. Bu zərflərdən bəziləri 2019-cu ildə elan edilib (əmək haqqı və sosial ödəmələrin artımını ehtiva edən böyük sosial paket nəzərdə tutulur – FED.az), eləcə də bir qədər əvvəl hökumət koronavirusun iqtisadiyyata, biznesə və məşğulluğa təsirini azaltmaq üçün 2,5 milyard manat (1,5 milyard dollar) ayırdığını elan edib. Neftin aşağı qiymətində neft-qaz sektorunda hasilat və investisiyalar isə azalacaq. 
«Fitch» proqnoz edir ki, neftin qiymətinin düşməsi nəticəsində büdcə kəsiri ilin əvvəlində güman edilən 4,4% əvəzinə ÜDM-in 6,8%-i qədər olacaq (Agentlik hesab edir ki, bücənin zərərə düşməməsi üçün neftin qiyməti 50,5 dollar olmalıdır).

Agentlik bildirir ki, neftin kəskin ucuzlaşması Dövlət Neft Fondunun gəlirlərini xeyli azaldacaq. Halbuki, bu dövrdə sosial ödənişlərin artımı gözlənilir, çünki işsizliyin 2019-cu ildəki 5%-dən bu il 8%-ə yüksəlməsi gözənilir.

«Fitch» gözləyir ki, bir qədər əvvəl tətbiq edilən büdcə qaydası müvəqqəti olaraq dayandırılacaq ki, hökumət böhrana reaksiya versin, daha sonra isə vergi-büdcə siyasətini sərtləşdirsin.

Agentlik hesab edir ki, Azərbaycana verilən Emitentin Defolt Reytinqi – «BB +» aşağıdakı faktorlara əsaslanır: 

Agetlik hesab edir ki, «BB» səviyyəsi ilə müqayisədə Azərbaycanda fiskal və xarici aktivlərin göstəriciləri daha yaxşıdır. Ümumi dövlət borcu aşağıdır və 2019-cu ilin sonuna olan vəziyyətə ÜDM-nin 19,1%-ni təşkil edir. Halbuki hazırki «BB» reytinqləri üzrə bu göstərici orta hesabla 45,7% təşkil edir.
Agentlik gözləyir ki, koronavirusa qarşı tədbirlərin maliyyələşdirilməsi səbəbindən 2020-ci ilin sonuna dövlət borcu ÜDM-nin 23,8%-i təşkil edəcək. 2021-ci ildə isə 22,2% olacaq. 

«Fitch» hesab edir ki, koronavirus və neftin ucuzlaşması bankların aktivlərinə də təsir edəcək. Azərbaycan bankları hələ də 2015-i ildəki devalvasiya nəticəsində aktivlərin keyfiyyətinin pisləşməsindən özlərinə gəlirlər. Amma hələ də zəif olvaraq qalırlar (bu vəziyyət Fitch Banking System Indicator (BSI) göstəricisində də əksini tapıb). Bank sektorunda vaxtı keçmiş kreditlərin payı 2019-u ilin oktyabrında 11% olmaqla analoji rektinqlərdən daha yüksəkdir.

Agentlik xatırladır ki, Azərbaycan Dünya Bankının biznesə yaradılan şəraiti əks etdirən «Doing Business» reytinqində 2019-cu ildə 87%, 2018-ci ildə isə 70% nəticə ilə ciddi irəliləyişə nail olub. Amma ölkənin birbaşa xarici investisiyalar cəlb etməsi qabiliyyəti hələ də qeyri-müəyyəndir. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

“Azərenerji”nin rəhbərinin qardaşı

Sonrakı məqalə

190 manat alacaq işsizlərin adları bu saytda yerləşdirilib