Beyninə çip qoyulan əlsiz insan fikri ilə ilk statusunu yazdı –İlon Maskdan AÇIQLAMA

Dünyanın beyninə çip yerləşdirilmiş ilk insanı X  sosial şəbəkəsində şüurundan istifadə edərək yazı yazıb.

Azpost.info bildirir ki, bu barədə “Neuralink” neyrotexnoloji şirkətin rəhbəri İlon Mask paylaşımında bildirib.

Beyninə implant yerləşdirən iflic xəstəsi Nolan Arbaug beynində toparladığı düşüncədən istifadə edərək X (keçmiş Twitter) ilk yazısını yazıb.

“Bu, Neuralink-in “Telepatiya” implantından istifadə edərək düşüncənin köməyi ilə tarixdə hazırlanan ilk yazıdır”- deyə Mask şərhində yazıb.

“Twitter məni bot hesab etdiyi üçün paylaşımımı qadağan etdi. Lakin X və Elon Mask məni bərpa etdi” – deyə Arbaug yazısında bildirib.

29 yaşlı Nolan Arbaug təxminən səkkiz il əvvəl qəza nəticəsində iflic olub. Hazırda çiyinlərindən aşağı heç nə hiss etmir. O, öz noutbukunun ekranında şahmat taxtasındakı kursoru düşüncə gücü ilə hərəkət etdirə, fiqurları yenidən düzə bilir.

Yanvarın 28-də Neuralink şirkəti insan beyninə çipin insan beyninə uğurla implantasiya edildiyini elan edib.

Azpost.info

Əvvəlki məqalə

Bağanis-Ayrımda soyqırım törədən 18 nəfərin axtarışı davam edir

Sonrakı məqalə

Külək güclənəcək, intensiv yağış yağacaq