Oktyabrın 9-da saat 21:30 radələrində Bakı-Qazax yolunun Yevlax rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, “Toyota” markalı avtomobil yük maşını ilə toqquşub. Qəza nəticəsində minik avtomobilinin sürücüsü Cavid İsmayılzadə hadisə yerində həlak olub.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, məzuniyyətdə olan C.İsmayılzadə polis zabitidir.
Qeyd edək ki, dünyasını dəyişən şəxs Nərimanov rayonu polisinin müavini olub.
C.İsmayılzadə Binəqədi rayonun sabiq polis rəisiNamiq İsmayılovun oğludur.