Binada partlayış nəticəsində yaranan dağıntılar altından insan tapılmayıb –FHN-dən AÇIQLAMA

Bakı şəhəri, Binəqədi rayonu, Cavadxan küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında vətəndaşa məxsus mənzildə, ilkin ehtimala əsasən, məişət qazının sızması nəticəsində yanğınla müşahidə olunmayan partlayış baş verib və 1 nəfər həlak olub, 2 nəfər xəsarət alıb.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən bildirilib.

Qeyd edilib ki, FHN-in qüvvələri tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb, mənzildəki dağıntılarla əlaqədar axtarış-xilasetmə işləri həyata keçirilib. Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xüsusi təlim görmüş itləri də cəlb olunmaqla aparılmış axtarış-xilasetmə işləri nəticəsində dağıntılar altında əlavə insan faktoru aşkar olunmayıb.

Hadisə ilə əlaqədar cinayət işi açılıb və hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Əvvəlki məqalə

Pele ilə stadionda vida mərasimi başlanıb – FOTOLAR

Sonrakı məqalə

“Polad rütbəyə görə xidmət etmirdi…” –