Bir gecədə qızıl tapıb varlanan adam

Kevin Hillier
Kevin Hillier

Bir gecədə qızıl tapıb varlanan adam – Həmin tapıntı tarixdə nadir hadisə kimi qalır.

Taleyin bəxş etdiyi qəribə təsadüflər bəzən bir insanın həyatını tam dəyişə bilir. AzPost xəbər verir ki, 1980-ci illərdə Avstraliyada qızıl axtarışına çıxan Kevin Hillier adlı şəxs təsadüfən dünyanın ən böyük qızıl külçəsini tapıb. Onun metal detektoru təsadüfən yerin altında möhkəm bir əşyanı göstərib.

İlk baxışda daş zənn etdiyi əşyanı çıxardıqda isə heyrətdən donub qalıb. Çünki bu, 27.2 kiloqram çəkisində təmiz qızıl parçası idi. Tapdığı bu qiymətli metal “Hand of Faith” (İman Əli) adlandırılıb. Maraqlısı budur ki, həmin qızıl külçə dünyanın ən böyük metal detektoru ilə tapılmış qızılı kimi Ginnesin Rekordlar Kitabına salınıb.

Tapıntıdan dərhal sonra Kevin və ailəsi maddi rifahını təmin edib. Qızıl külçə sonradan 1 milyon dollar qarşılığında ABŞ-ın Las-Veqas şəhərindəki məşhur kazino otelə satılıb. Bu külçə bu gün də orada sərgilənməkdədir.

Kevin Hillier isə bu hadisədən sonra öz adını Avstraliya tarixində əbədi yazdırıb. Həmin qızıl parçanın yerində başqa belə tapıntı olacağı ümidi ilə ora turistlər axın edir. Avstraliyada bu hadisə “ən uğurlu təsadüf” kimi xatırlanır. Hətta bu hekayə əsasında sənədli film də çəkilib və müasir qızıl ovçuları üçün motivasiya mənbəyinə çevrilib.

AzPost.az

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.