Bir ildə 2,3 milyard litr…- Ruslar alkoqol alışı üzrə rekord qırıblar

Rusiyada spirtli içkilərin satışı 2023-cü ildə rekord həddə çatıb.

Azpost.info xəbər verir ki, bu barədə Alkoqol və Tütün Bazarlarının Tənzimlənməsi üzrə Federal Xidmətdən bildirilib.

Məlumatına görə, pivə istisna olmaqla, ruslar mağazalardan 229,5 milyon dekalitr belə məhsullar alıblar. Bu, 2022-ci ilin rekord göstəricisindən (220,4 milyon dekalitr) 4,1 faiz çoxdur.

Bu həcmin yarıdan çoxu (116,3 milyon dekalitr) sərtliyi 9 dərəcədən çox olan içkilər olub: onların satışı illik müqayisədə 2,8 faiz artıb. Ən populyarı 9,4 faiz artım göstərən konyak (13,9 milyon dekalitr) olub.

Həmçinin cin, viski, rom, tekila (14,6 faiz artım, 12,7 milyon dekalitrə qədər) və sərtliyi 25 dərəcədən yuxarı olan spirtli içkilərə (artım 20,8 faiz, 14 milyon dekalitrə qədər) tələbat olub. Arağın istehlakının həcmi faktiki olaraq dəyişməz qalıb, cəmi 0,8 faiz azalaraq 75,6 milyon dekalitrə düşüb.

Üzüm şərablarının satışı 5,8 faiz artaraq 56,5 milyon dekalitrə çatıb. Meyvə və giləmeyvə alkoqollu məmulatları 25,6 faiz artaraq 12,7 milyon dekalitrə, tərkibində etil spirti olan üzüm tərkibli içkilər 25,1 faiz artaraq 1,9 milyon dekalitrə çatıb.

Az alkoqollu məhsullara da tələbat var. Onun istehlakı 14,5 faiz artaraq 18,4 milyon dekalitrə çatıb.

Federal və Regional Alkoqol Bazarlarının Tədqiqat Mərkəzinin direktoru Vadim Drobiz xatırlayır ki, spirtli içkilərin satışı 2022-ci ildə rekord qırmağa başladı. Onun sözlərinə görə, alkoqol istehlakının artması böhran dövrləri üçün xarakterikdir.

Drobiz hesab edir ki, bu tendensiya ən azı Ukraynada müharibə bitənə qədər davam edəcək.

Azpost.info

 

Əvvəlki məqalə

Azərbaycanın beynəlxalq axtarışa verdiyi 108 nəfərin yeri müəyyən olunub

Sonrakı məqalə

“İrəvan minalarla bağlı yeni məlumatları Bakıya ötürə bilər”