Birjalarda neftin son qiymətləri

11 Aprel 2020 - 10:57

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin iyun müqaviləsinin dəyəri 0,16% artaraq 1 barelə görə 31,82 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında mayda ixrac etməklə WTI markalı neftin 1 barelinin dəyəri 7,49% azalaraq 23,21 dollar təşkil edib.