“Ələt ticarət limanının potensialını 25 milyon tonadək genişləndirməyi planlaşdırırıq”- Prezident

Biz Xəzərə çıxışı olan Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi barədə qərarı dəstəkləyirik. Xəzərin bizim tərəfində Avropa istehlakçılarına qədər dəmir yolu, avtomobil və hava yolu üzrə geniş nəqliyyat infrastrukturu var. Bu gün açıq dənizlərə çıxışa malik olmayaraq, Azərbaycan artıq mühüm nəqliyyat şəbəkəsini yaradıb.

Bu barədə Prezident İlham Əliyev Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclasında bildirib.

Dövlətimizin başçısı qeyd edib ki, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu Orta dəhlizin bir hissəsi olacaq. Bunun indi baş verməsi anlaşılandır. Lakin əsas odur ki, bizim regionda və Qərbi Xəzər regionunda həyata keçirilən bütün bu layihələr sinxronlaşdırılmalıdır.

“Biz Ələt ticarət limanının potensialını 15 milyon tondan 25 milyon tona qədər genişləndirməyi planlaşdırırıq. Prinsipcə, bu planlar əvvəldən mövcud idi, lakin biz buna uzaq perspektiv kimi baxırdıq. Lakin bu gün bəzi günlərdə limanda hətta tıxaclar da yaranır. Çünki yüklərin həcmi sürətlə artır. Burada rəqəm artıq səsləndirildi – 9 ay ərzində 60 faiz artım. Bu, yüklərin nəqlində əhəmiyyətli göstəricidir”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

Əvvəlki məqalə

Prezident İlham Əliyev:

Sonrakı məqalə

Qırğızıstan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi qəbul təşkil edib –