“Biz Ermənistan və Azərbaycanı Minsk qrupu ilə işi bərpa etməyə çağırırıq” –

ABŞ-dan açıqlama
04 Dekabr 2020 - 00:40

“Biz Ermənistan və Azərbaycan hökumətlərini Dağlıq Qarabağ münaqişəsində davamlı və dinc həll yolunun tapılması üçün Minsk qrupu həmsədrləri ilə işi bərpa etməyə çağırırıq”.

Azpost.info Azadlıq Radiosuna istinadən bildirir ki, bu sözləri ABŞ dövlət katibinin müavini Stiven Biqun dekabrın 3-də ATƏT-in Nazirlər Şurasının plenar sessiyasına müraciətində deyib.

Bu mübahisə döyüş meydanında həll olunmayacaq. Biz döyüş əməliyyatlarının dayandırılmasını alqışlayırıq, amma bu, yalnız ilk addımdır. Bu məsələdə hər hansı dayanıqlı həll yalnız Helsinki Yekun Aktının prinsiplərinə əsaslana bilər”-deyə o vurğulayıb.

ABŞ dövlət katibinin müavini müraciətində deyib ki, ATƏT ərazisində olan ölkələrin suverenlik və ərazi bütövlyünə başlıca təhlükə Rusiya tərəfindən Ukraynanın Krım yarımadasının işğalıdır: “Ukrayna bizim gündəliyimizdə əsas məsələ olmalıdır. Bu tamamilə qeyri-məqbuldur ki, ATƏT-in xüsusi monitorinq qrupu əsas etibarilə Rusiya ərazisində hər gün repressiya, qısnama və məhdudiyyətlərə məruz qalır”.

Biqun bildirib ki, Birləşmiş Ştatlar Moskvanı Minsk razılaşmalarına riayət etməyə çağırır. Biqun deyib ki, ABŞ Krımı heç vaxt Rusiya ərazisi kimi tanımayacaq.

ABŞ dövlət katibinin müavini əlavə edib ki, ATƏT-in təməl prinsipləri təkcə Rusiya tərəfindən deyil, həm də Belarus tərəfindən pozulur.