İngiltərədə zavodda güclü partlayış olub –4 nəfər ölüb, 1 nəfər yaralanıb

İngiltərənin cənub-qərbində yerləşən Bristol limanında güclü partlayış baş verib. Hadisə nəticəsində 4 nəfər ölüb, 1 nəfər yaralanıb.

APA TASS-a istinadən xəbər verir ki, bu barədə yerli polisin baş müfəttişi Mark Runakres məlumat verib.

Partlayış liman ərazisindəki “Wessex Water” zavodunun kanalizasiya təmizləyici qurğusunda olub.

Hadisənin qəti şəkildə terrorla əlaqəli olmadığını vurğulanıb. Müəssisə işçilərindən birinin aldığı xəsarətlərin onun həyatını təhdid etmədiyini də əlavə etdi.

Partlayışdan sonra yaranan yanğın xilasetmə xidməti tərəfindən söndürülüb.

Britaniyanın Baş naziri Boris Conson həlak olanların yaxınlarına başsağlığı verib.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Ərdoğan Həsən Ruhani ilə telefon danışığında Qarabağı müzakirə edib

Sonrakı məqalə

“Biz Ermənistan və Azərbaycanı Minsk qrupu ilə işi bərpa etməyə çağırırıq” –