“Biz nə vaxta qədər Gürcüstandakı təyyarə qiymətlərinə həsəd aparacağıq?” –Ekspertdən AZAL-a çağırış

İqtisadçı Natiq Cəfərli Gürcüstandan və Azərbaycandan Avropaya uçuş qiymətləri arasında böyük fərqə diqqət çəkib.

Ekspert yazır ki, Macarıstanın “Wizz Air” şirkəti 1 iyul 2021-ci ildən Gürcüstanın Kutaisi hava limanından uçuşlarını bərpa edir: “Şirkət aeroportdan Avropanın 6 şəhərinə, o cümlədən Çexiyanın paytaxtı Praqaya reyslər yerinə yetirəcək. Bilet qiymətlərinə baxdım. 4 iyuldan 11 iyula qədər Kutaisidən Praqaya biletin qiyməti 165 dollardır. Eyni tarixdə Bakıdan Praqaya Türk Hava Yolları ilə uçuş 1180 manata, yəni 694,1 dollara başa gəlir. Fərq 529 dolları ötür.

Hörmətli hökumət, hakimiyyət üçün qiymətli “Azərbaycan Hava Yolları”nın rəhbərliyi, biz nə vaxta qədər Gürcüstandakı qiymətlərə baxıb həsəd aparacağıq? Nə zamana qədər “Azərbaycan Hava Yolları”na olan yaxın münasibətə görə bu şirkəti maliyyələşdirəcək, hələ bir büdcədən dotasiya da aldığını, bunlara rəğmən ziyanla işlədiyini görüb təəccüblənəcəyik?! Bu məsələni həll etmək beləmi çətindir?”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

FİDE reytinqində Şəhriyar Məmmədyarov irəliləyib –

Sonrakı məqalə

Bakıda işçilərin orta aylıq əmək haqqı 944 manat olub