“Biz sülh danışıqlarına başlamağa və sülh müqaviləsi imzalamağa hazırıq” –PREZIDENT

“İndi postmünaqişə dövründəyik. Biz Ermənistana bir sıra təklifləri irəli sürmüşük ki, gəlin, sülh müqaviləsi üzərində işləməyə başlayaq”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev “COVID-19-dan sonrakı dünya” mövzusunda Qlobal Bakı Forumunun açılış mərasimində çıxışında deyib.

Dövlət başçısı bildirib ki, çünki biz müharibə üzərində danışmaq yox, sülh haqqında, gələcək haqqında danışmaq fikrindəyik: “Əfsuslar olsun ki, bu təklif hələ ki, cavabını almayıb. Eyni zamanda biz təklif etdik ki, sərhədimizin demarkasiya və delimitasiyasına başlayaq, hər iki ölkənin ərazi bütövlüyü təmin edilsin. Bu da yenə də beynəlxalq hüquq normalarına, normal davranışa uyğundur. Əfsuslar olsun ki, bu məsələ də hələ ki, cavabını tapmayıb. Azərbaycan maksimal konstruktivlik göstərib. Baxmayaraq ki, 30 ilə yaxın işğal, barbar hərəkətlər və dağıntılar olub. Biz gələcəyə nəzər salmalıyıq. Biz öz gələcəyimizi – təhlükəsiz, proqnozlaşdırılan və genişmiqyaslı əməkdaşlığa hazır olan gələcəyi təmin etməliyik. Ola bilsin ki, bizim təkliflər haqqında siz də eşitmisiniz. Mənə elə gəlir hər bir şey Ermənistanın mövqeyindən asılı olacaq. Çünki bizim mövqeyimiz tamamilə aydındır. Mən bir daha qeyd edirəm ki, biz sülh danışıqlarına başlamağa hazırıq və sülh müqaviləsini imzalamağa hazırıq. Biz səhifəni çevirmək istəyirik və sərhədləri müəyyən etmək fikrindəyik. Görürsünüz ki, Ermənistandan cavab gəlmir. Demək olar ki, 1 ildir ki, onlar yenə də sükut saxlayırlar. Mənə elə gəlir ki, onlar Azərbaycanın konstruktiv mövqeyinə müqavimət göstərə bilməyəcəklər. Əgər danışıqlar aparılan illəri ərzində onlar bizə qulaq assaydı, özlərini normal aparsaydılar, bugünkü gün həmin bu vəziyyət yaranmazdı”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Gələn ilin dövlət büdcəsində yaşayış minimumunun həddi 210 manata qaldırılır

Sonrakı məqalə

Baş Prokurorluq və Daxili İşlər Nazirliyi məlumat yaydı