“Bizdən şahmat fiqurları kimi istifadə edə bilməyəcəklər!”- Çin ABŞ-a qarşı yeni koalisiya qurur

Çinin xarici işlər naziri Van İ Cənub-Şərqi Asiyaya iki həftəlik səfərini davam etdirir.

Azpost.info xəbər verir ki, onun proqramına İndoneziyada G20 ölkələrinin XİN rəhbərləri və Cənub-Şərqi Asiya Millətləri Assosiasiyası katibliyi ilə görüşlər, həmçinin Tayland, Filippin, Malayziyaya səfərlər daxildir.

Van İnin səfəri Pekin tərəfindən ABŞ-ın Hind-Sakit okean regionunu “anti-Çin dünyasına” çevirmək strategiyasına zərbə vurmaq üçün nəzərdə tutulmuş diplomatik əks-hücum əməliyyatı kimi qiymətləndirilir. Bölgə ölkələrini Çinlə qarşıdurmadan çəkindirən Pekin onlar üçün nəinki cəlbedici investor, həm də strateji maraqlar zonasında təhlükəsizliyin təminatçısı olmağa hazırdır.

Çin XİN rəhbərinin Cənub-Şərqi Asiya turu Pekinin Hind-Sakit okean regionunda Çinə qarşı mühafizə kəməri qurmaq üçün ABŞ-ın bir sıra təşəbbüslərinə cavab idi. Bunu onun bazar ertəsi Cakartada Cənub-Şərqi Asiya Millətləri Assosiasiyasının katibliyinin iclasında səsləndirdiyi bəyanatlar da təsdiqləyir.

“Bu gün region ölkələri, o cümlədən Cənub-Şərqi Asiya Millətləri Assosiasiyası təzyiq altındadır, onlar tərəf seçməyə məcburdurlar. Regionu istənilən geosiyasi hesablamalardan qorumalı, cəngəllik qanununun tələsinə düşməməli və böyük dövlətlərin bir-biri ilə rəqabətdə bizdən şahmat fiqurları kimi istifadə etməsinə imkan verməməliyik”, – Van İ regional qonşulara müraciətində deyib.

Onun Cakartadakı səs-küylü bəyanatlarından biri də Tayvan məsələsi ilə bağlı idi: “Vahid Çin qanununa etiraz edildikdə və ya sabotaj edildikdə, qara buludlar və ya hətta şiddətli fırtınalar Tayvan boğazı boyunca hərəkət edir”.

Azpost.info

Əvvəlki məqalə

Azərbaycan nefti ucuzlaşıb

Sonrakı məqalə

Pensiyalar bu tarixədək tam və maddi yardımla birlikdə ödəniləcək