Bizi Bakıda “Qarabağ”la çətin mübarizə gözləyir- “Bayer”in qapıçısı

“Evdə qazandığımız 5:1 hesablı qələbəyə baxmayaraq, bizi Bakıda çətin mübarizə gözləyir”.

Bu sözləri Almaniyanın “Bayer” komandasının qapıçısı Matey Kovarj UEFA Avropa Liqasının qrup mərhələsində Bakıda “Qarabağ”a qarşı keçirəcəkləri IV tur oyunundan öncə mətbuat konfransında deyib.

Çexiyalı qolkiper sabahkı matça ciddi yanaşdıqlarını bildirib:

“Qələbə qazanaraq, qrup birinciliyini təmin etmək istəyirik. Azərbaycanda da gücümüzü göstərəcəyik. Komandamın uğurlu nəticə qazanması üçün əlimdən gələni edəcəyəm”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də başlayacaq(azərtac).

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.