“Bizim əsgərlərimiz xilaskar əsgərlərdir” –

PREZİDENT YARALI HƏRBİÇİLƏRƏ BAŞ ÇƏKDİ
30 Sentyabr 2020 - 16:36

“Azərbaycan öz doğma torpağında vuruşur və siz haqq yolunda yaralanmısınız. Bizim əsgərlərimiz xilaskar əsgərlərdir. Erməni əsgərləri işğalçı əsgərlərdir. Fərq bundadır. Biz öz torpağımızda vuruşuruq, erməni əsgəri başqa dövlətin torpağında – Azərbaycan torpağında ölür”.

Musavat.com xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev Ermənistanın sentyabrın 27-dən başlayan hərbi təxribatı zamanı yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşü zamanı səsləndirib.

“Haqq-ədalət öz yerini tapacaq və Azərbaycan öz ərazi bütövlüyünü bərpa edəcək”.

“Bizim işimiz haqq işidir. Biz öz torpaqlarımızda vuruşuruq, Vətən uğrunda vuruşuruq. Əminəm ki, biz bu münaqişədə istədiyimizə nail olacağıq”.