“Bizim gələcəyimiz Avropa ailəsindədir”- Moldova lideri referendum anonsu verdi

Moldova prezidenti Maya Sandu 2024-cü ilin sonunda ikinci prezidentlik müddətinə namizədliyini irəli sürəcək.

Azpost.info xəbər verir ki, Sandu parlamenti ölkənin Avropa İttifaqına üzv olmaq istəyi ilə bağlı referenduma hazırlığa başlamağa çağırıb.

“Bizim hələ də atmalı olduğumuz mühüm addımlar var və söz verirəm ki, əgər mənə yeni müddəti etibar etsəniz, işləməyə davam edəcəyəm. Bizim gələcəyimiz Avropa ailəsindədir və bütün ölkə olaraq Moldova üçün hansı yolu seçdiyimizi açıq şəkildə deməliyik. Mən parlamenti gələn ilin payızında vətəndaşların səsinin həlledici olacağı referendum keçirməyə çağırıram”, – Moldova prezidenti bildirib.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.