Blinken, fon der Lyayen, Bayraktar…- Zelenski Ukraynanın dəstəkçilərini təltif etdi (SİYAHI)

Ukrayna prezidenti Vladimir Zelenski bir sıra xarici siyasətçilərin, aktyorların, jurnalistlərin və ictimai xadimlərin dövlət mükafatları ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Azpost.info xəbər verir ki, sərəncam Ukrayna prezidentinin saytında dərc olunub.

Sərəncama əsasən, İtaliyanın Baş naziri Mario Draqi və Avropa Komissiyasının sədri Ursula fon der Lyayen Ukraynanın ən yüksək mükafatı – birinci dərəcəli “Knyaz Yaroslav Mudrı” ordeni ilə təltf edilib.

ABŞ dövlət katibi Entoni Blinken, ABŞ müdafiə naziri Lloyd Ostin və ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan ikinc dərəcəli “Knyaz Yaroslav Mudrı” ordeni ilə təltif ediliblər.

Dövlət mükafatları həmçinin ABŞ-ın Rusiyadakı keçmiş səfiri Maykl Makfol, CNN telekanalının aparıcısı Fərid Zaxariya, Aİ Şurasının prezidenti Şarl Mişel, “Baykar” şirkətinin baş direktoru Haluk Bayraktara da verilib.

Bundan başqa, Zelenski amerikalı aktyorlar Ben Stiller və Cesika Çestenə də orden verib.

Sərəncamın mətnində qeyd edilir ki, bu şəxslər dövlətlərarası əməkdaşlığın möhkəmləndirilməsində mühüm şəxsi xidmətlərinə, Ukraynanın dövlət suverenliyinə və ərazi bütövlüyünə dəstəyə və Ukrayna dövlətinin dünyada populyarlaşmasına mühüm töhfələrə görə təltif edilirlər.

Azpost.info

 

Əvvəlki məqalə

Azərbaycanda daha 132 nəfər COVID-19-a yoluxub

Sonrakı məqalə

Goranboy sakininə atəş açan 2 nəfər tutulub