Blinken İsraildə etirazçıların qarşısına çıxıb- Onlara vəd verib

İsraildə səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken Qəzzada girovların tezliklə azad edilməsini tələb edən bir qrup nümayişçi ilə danışıb.

Azpost.info xəbər verir ki, bu barədə “The Jerusalem Post” yazıb.

Blinken onları əmin edib ki, Vaşinqton oğurlanmış insanları evlərinə qaytarmaq üçün hər cür səy göstərəcək.

Məlumatına görə, etirazçılar Tel-Əvivdə dövlət katibinin qaldığı otel binasının yaxınlığına toplaşıb. Blinken otelə yaxınlaşarkən əllərində İsrail və ABŞ bayraqları tutmuş bir qrup etirazçının yanında dayanıb və onların əllərini sıxaraq qısaca danışıb.

“Sevdiklərinizi qaytarmaq etməyə çalışdığımız hər şeyin əsasını təşkil edir və hamı evinə gələnə qədər dincəlməyəcəyik”, – Blinken deyib.

O, əmin edib ki, HƏMAS hərəkatına girovlarla bağlı çox güclü təklif verilib: “HƏMAS “hə” deməli və buna son qoymalıdır”.

Azpost.info

Əvvəlki məqalə

İpotekaya xitam verilən hallar genişlənib

Sonrakı məqalə

Qaradağda neft məhsulları tullantıları olan quyudan meyit tapılıb