ABŞ dövlət katibi Entoni Blinken İsrailin xarici işlər naziri İsrael Katsı iyulda Vaşinqtonda keçiriləcək NATO sammitində iştirak etməyə dəvət edib.
Azpost.info xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
NATO-nun yubiley sammiti Şimali Atlantika Müqaviləsi imzalanmasının 75-ci ildönümü şərəfinə 2024-cü il iyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək.
Azpost.info