BMT Baş Assambleyası İbrahim Rəisi ilə bağlı anım toplantısı keçirəcək

BMT Baş Assambleyası gələn həftə İranın mərhum prezidenti İbrahim Rəisi, mərhum xarici işlər naziri Hüseyn Əmir Abdullahian və helikopter qəzasının digər qurbanlarının xatirəsini yad etmək üçün mərasim keçirəcək.

Azpost.info xəbər verir ki, bu barədə İRNA yazıb.

“BMT Baş Assambleyası gələn cümə axşamı İranın həlak olan prezidenti və xarici işlər nazirinin, eləcə də İran helikopterinin qəzaya uğraması nəticəsində digər qurbanların xatirəsinə həsr olunmuş mərasim keçirməyi planlaşdırır”, – məlumatda deyilir.
Tədbir mayın 30-da baş tutacaq.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.