“BMT-də antiterror əməliyyatına 3 dəfə maneçilik cəhdi oldu” –Ceyhun Bayramov açıqladı

“44 günlük Vətən müharibəsi dövründən- 2020-ci ilin oktyabr ayından bu günə kimi Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasında Azərbaycana qarşı 7 sənədin qəbul edilməsi çağırışları olub. Təkcə bu il 3 belə cəhd olub”. 
Azpost.info-nun məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov “AzTV”də yayımlanan “Əsas Məsələ” verilişinə müsahibəsində bildirib.
O qeyd edib ki, BMT-nin Təhlükəsizlik Şurasında irəli sürülən təşəbbüslər və çağırışlar Azərbaycanı beynəlxalq səviyyədə tanınan ərazisində süverenliyini bərpa etməsi üçün keçirdiyi antiterror əməliyyatlarına mane olmaq cəhdləri idi.
Nazir onu da bildirib ki, bu ilin 19-20 sentyabr 2023-cü il tarixində keçirilən antiterror əməliyyatını zəruri edən hallar var idi: “Ermənistan və üçüncü tərəflərin Qarabağda qalmış qanunsuz silahlı birləşmələri gücləndirmək və Azərbaycanın ərazi bütövlüyünü təhlükə altına qoymaq cəhdləri var idi”.
Əvvəlki məqalə

“Xəsislik eləmə, bizə də yumurta göndər” –

Sonrakı məqalə

Ağsaqqallar Şurası pul üçün Nazirlər Kabinetinə müraciət edib –