Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) Dağlıq Qarabağda aktiv işləyir.
Bunu bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiya BMT-nin Bakı və İrəvanla bütün humanitar məsələlərə dair əməkdaşlığını dəstəkləyir.
“Rusiya öz növbəsində Dağlıq Qarabağda vəziyyətin normallaşmasına öz töhfəsini verir”, – deyə Rusiya XİN-in rəsmisi vurğulayıb. Zaxarova BMT-nin kompleks qiymətləndirmə missiyasının Dağlıq Qarabağa göndərilməsi ilə bağlı iş aparıldığını da qeyd edib. (APA)