Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurası sabah Dağlıq Qarabağdakı vəziyyətlə bağlı ekstren görüş keçirəcək.
Azpost.info bildirir ki, bu barədə TASS-a etibarlı mənbədən məlumat verilib.
Xatırladaq ki, sentyabrın 27-dən etibarən Ermənistanın təxribatı nəticəsində Dağlıq Qarabağda atəşkəs pozulub. Hazırda təmas xəttində şiddətli döyüşlər gedir.