BMT Ukraynaya humanitar yardım üçün 4,2 milyard dollar istəyir

BMT donorlardan Ukraynada zərər çəkmiş sakinlərə, ukraynalı qaçqınlara və onları qəbul edən icmalara humanitar yardım üçün 4,2 milyard dollar istəyib.

Azpost.info xəbər verir ki, BMT-nin məlumatına görə, Ukraynada və regionda təxminən 10,8 milyon insanın buna ehtiyacı var.

Təşkilatın Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisinin Ukrayna daxilində humanitar ehtiyaclarla məşğul olduğu deyilir.

Bu il 8,5 milyon insan üçün müvafiq yardım planını həyata keçirmək üçün ona 3,1 milyard dollar lazımdır.Regionda 2,3 milyon insana humanitar yardımın göstərilməsi BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının koordinasiyası ilə həyata keçirilir. Bu il ona 1,1 milyard dollar lazımdır.

2023-cü ildə Ukrayna BMT-dən təxminən 1,8 milyard dollar alıb. Bunu Rusiyanın təşkilatdakı daimi nümayəndəsi Vasili Nebenzya deyib. Onun sözlərinə görə, bu, Əfqanıstana yardımdan 1 milyard dollar, Suriya əhalisinə edilən dəstəkdən isə 300 milyon dollar çoxdur.

Azpost.info

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.