“Böhranları həll edə bilməyən BMT-də təcili islahatlara ehtiyac var”- ƏRDOĞAN

Dünyada yaranan böhranları həll edə bilməyən Birləşmiş Millətlər Təşkilatında təcili islahatlara ehtiyac var.

Azpost.info xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Onun sözlərinə görə, bu, Ukrayna münaqişəsi və Qəzza zolağındakı böhran nümunələrində daha aydın görünür.

“Rusiya-Ukrayna müharibəsi beynəlxalq sistemin zəifliyini nümayiş etdirdi. Bu, Qəzza böhranı zamanı sınaqdan çıxmadı və BMT Təhlükəsizlik Şurasının beş daimi üzvün öhdəsinə buraxıla bilməz. Biz artıq İkinci Dünya müharibəsi şəraitində deyilik, 194 ölkənin taleyini BMT Təhlükəsizlik Şurasının beş üzvü həll edə bilməz”, – Ərdoğan bildirib.

Azpost.info

Əvvəlki məqalə

Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana ekstradisiya ediliblər

Sonrakı məqalə

10 ayda Azərbaycandan Rusiyaya 1 mlrd. dollara yaxın qeyri-neft məhsulu ixrac edilib