Bölgələrə yağış yağacaq, dolu düşəcək, çaylardan sel keçəcək- XƏBƏRDARLIQ

İyunun 7-si günün ikinci yarısından 9-u axşamadək əsasən dağlıq və dağətəyi rayonlarda fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, ayrı-ayrı yerlərdə (Daşkəsən-Gədəbəy, Şərqi Zəngəzur, Qarabağ, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Naxçıvan MR) yağıntıların leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

Əvvəlki məqalə

Prezident İlham Əliyev Ümumdünya Ticarət Təşkilatının baş direktorunu qəbul edib

Sonrakı məqalə

“Nar”ın “Balloon Festival” müsabiqəsində göydən hədiyyələr yağacaq!