“Bölgələrdə fəaliyyət göstərən QHT-lərə yardım” layihəsinin icrasına başlayıb

Quba Regional Qeyri-Hökumət Təşkilatlarının Resurs və Təlim Mərkəzi ictimai birliyi, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə “Bölgələrdə fəaliyyət göstərən QHT-lərə yardım” layihəsinin icrasına başlayıb.

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin elan etdiyi orta qrant proqramı çərçivəsində maliyyələşdirilən “Bölgələrdə fəaliyyət göstərən QHT-lərə yardım” layihəsinin icrasına başlanılıb. Layihə çərçivəsində Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən  rayonlarında fəaliyyət göstərən Qeyri- Hökumət Təşkilatları, təşəbbüs qrupları və icma fəalları üçün yeni tələblərə uyğun layihə təkliflərinin yazılış qaydalarına həsr olunmuş təlimlərin keçirilməsi nəzərdə tutulub. Bununla yanaşı layihədə QHT-lərə və vətəndaş cəmiyyətinin digər iştirakçılarına texniki xidmətlər istiqamətində fəaliyyətlər göstərilməsi nəzərdə tutulub.

Qeyd edək ki, layihə 4 ay müddətinə icra olunaraq regionda fəaliyyət göstərən 30-a yaxın təşkilat və təşəbbüs qruplarını əhatə edəcəkdir.

Əvvəlki məqalə

Suriya XİN Ankara ilə dialoqun əsas şərtini açıqladı

Sonrakı məqalə

Yer kürəsi belə fırlanır –