Bolqarıstanın xarici işlər naziri COVID-19-a yoluxub

05 Yanvar 2022 - 16:00

Bolqarıstanın xarici işlər naziri Teodora Gençovska yeni növ koronavirusa (COVID-19) yoluxub.

Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, nazirin PCR testinin nəticəsi müsbət çıxıb, o xəstəxanaya yerləşdirilib.

“Gençovska həkimlərin nəzarəti altında qalacaq, onun funksiyalarını xarici işlər nazirinin müavini İrena Dimitrova yerinə yetirəcək”, – XİN-in məlumatında deyilir.