Boris Conson vida çıxışında itinə də təşəkkür etdi - FOTO+VİDEO

Böyük Britaniyanın keçmiş Baş naziri Boris Conson həyat yoldaşı Kerri Consonla birlikdə Dauninq-stritdəki iqamətgahı tərk edib.

Azpost.info xəbər verir ki, Conson vida çıxışında onunla 3 il keçirən hər kəsə, o cümlədədn iti “Dilın”a təşəkkür edib.

“Mənimlə birlikdə bu binada olan hər kəsə təşəkkür edirəm. Hökumətdəki hər kəsə təşəkkür edirəm. Son üç il ərzində mənə və ailəmə qayğı göstərən hər kəsə, o cümlədən Dilına təşəkkür edirəm”, – Conson deyib.

Lakin keçmiş Baş nazir çıxışında iqamətgahda yaşayan Larri adlı pişiyi yad etməyib. 2011-ci ildən rəsmi iqamətgahda olan Larri üç baş nazir “yola salıb” – Devid Kemeron, Tereza Mey və Boris Conson.

Azpost.info

Əvvəlki məqalə

Lənkəran icra başçısının məktəblini döyən sabiq müavini barəsində qərar verildi –

Sonrakı məqalə

Ordumuzun atəşi nəticəsində Ermənistan hərbçisinin ölməsi xəbəri yalandır