Braziliya İsraildən geri çağırdığı səfirini geri göndərməyəcək

Məsləhətləşmələr üçün öz ölkəsinə geri çağırılan Braziliyanın İsraildəki səfiri Tel-Əvivə qayıtmayacaq.

Azpost.info xəbər verir ki, bu barədə Braziliya prezidentinin beynəlxalq məsələlər üzrə xüsusi nümayəndəsi Selso Amorim məlumat verib.

“Başqasının gedib-getməyəcəyini bilmirəm, amma o, şəxsən alçaldılıb və nəticədə Braziliya dövləti alçaldılmış olub”, – o deyib.

Braziliya prezidenti Luiz İnasio Lula da Silva bildirmişdi ki, İsrailin Qəzza zolağını bombalaması nəticəsində dinc əhalinin kütləvi şəkildə öldürülməsi mahiyyət etibarı ilə Adolf Hitlerin yəhudilərə qarşı cinayətləri ilə müqayisə oluna bilər. İsrailin baş naziri Benyamin Netanyahu həmin gün Braziliya prezidentinin sözlərini “utancverici” adlandırmış və bildirmişdi ki, o, xarici işlər naziri ilə birlikdə Braziliyanın İsraildəki səfirini dərhal XİN-ə çağırmağa qərar verib. Bundan sonra Braziliya İsraildəki səfirini məsləhətləşmələr üçün geri çağırmışdı.

Azpost.info

Əvvəlki məqalə

Putin Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

Sonrakı məqalə

Tokayev Prezident İlham Əliyevi Müstəqillik günü münasibətilə təbrik edib