Braziliyalı senator Ağdama səfər edib

Braziliya Milli Konqresi Senatının Braziliya-Azərbaycan parlamentlərarası əməkdaşlıq üzrə dostluq qrupunun rəhbəri Antonio Anastasiya Ağdam şəhərinə səfər edib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Antonio Anastasiyaya məlumat verilib ki, ermənilər 1993-cü il iyulun 23-də Ağdam şəhərini işğal etdikdən sonra şəhərdə və rayonun kəndlərində yaşayış evlərini, ictimai binaları, məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talan edib, dağıdıb və yandırıblar.
Ağdamda qəbiristanlıqlar, tarixi, mədəni abidələr də erməni vandalizminə məruz qalıb.
Braziliya Milli Konqresi Senatının Braziliya-Azərbaycan parlamentlərarası əməkdaşlıq üzrə dostluq qrupunun rəhbəri Ağdam şəhərindəki İmarət kompleksini, Pənahəli xanın buradakı sarayını və qəbiristanlığı, Ağdam Cümə məscidini ziyarət edib, inzibati binaların və Ağdam Dram Teatrının binasının qalıqları ilə tanış olub.
Braziliyalı senatora Ağdam şəhərinin Baş planı və burada həyata keçiriləcək quruculuq işləri barədə də ətraflı məlumat verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Son sutkada ölkədə 2 261 nəfər COVID-19-a yoluxub-

Sonrakı məqalə

Saakaşvilinin partiyası noyabrın 7-nə etiraz aksiyası təyin edib