Saakaşvilinin partiyası noyabrın 7-nə etiraz aksiyası təyin edib

Gürcüstanın müxalifət partiyası “Milli Hərəkat” Partiyası noyabrın 7-nə böyük miqyaslı etiraz aksiyası təyin edib.
Azpost.info bildirir ki, bu barədə partiyanın sədri Nika Meliya bu axşam parlament qarşısında keçirilən aksiyada bəyan edib.
Bu axşam Rustaveli prospektində baş tutan aksiya yerli orqanlara keçirilmiş seçkilərin nəticələrinə etiraz bildirmək üçün keçirilib. Aksiyada bir neçə min adam iştirak edib.
Gələn bazar gününə qədər müxalifət təşkilatı məsələləri həll etməyi və regionlarda aksiyalar keçirmək niyyətindədir.  Çərşənbə axşamı müxalifətçilər Batumiyə, sonra Kutaisiyə və digər şəhərlərə yola düşəcəklər.
Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Braziliyalı senator Ağdama səfər edib

Sonrakı məqalə

G20 liderləri ofşorlarda vergidən yayınmanın qarşısını alan müqaviləni imzalayıb