Son sutkada ölkədə 2 261 nəfər COVID-19-a yoluxub-25 nəfər vəfat edib

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 2 261 yeni yoluxma faktı qeydə alınıb, 1 805 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 25 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 531 370 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 494 179 nəfər müalicə olunaraq sağalıb, 7 074 nəfər vəfat edib, aktiv xəstə sayı 30 117 nəfərdir.
Ölkədə son sutka ərzində 11 697, hazırkı dövrədək isə 5 195 536 test aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Əvvəlki məqalə

Belarus Rusiyanın məşhur “Regnum” agentliyinə girişi bloklayıb

Sonrakı məqalə

Braziliyalı senator Ağdama səfər edib