Birjalarda Brent neftinin qiyməti düşməkdə davam edib.
Azpost.info RBK-ya istinadən bildirir ki, iyun fyuçersləri üzrə qiymətlər gün ərzində 17 dollara düşsə də sonradan qiymət 18 dollar olub.
Bundan sonra qiymət yenə qalxıb. Saat 23.15-ə olan məlumata görə, “Brent” nefti 19 dollara satılıb.
WTI nefti isə dünəki fəlakətli endrimdən sonra nisbətən “düzəlib”. Saat 22.30-a olan məlumata görə, ABŞ neftinin qiyməti 12 dollar olub.