ABŞ-ın keçmiş prezidenti Donald Trampa sui-qəsd cəhdi fonunda Böyük Britaniyada kralı III Çarlzın ictimai tədbirlərdə təhlükəsizliyi gücləndiriləcək.
Azpost.info xəbər verir ki, bu barədə “Evening Standard” yazır.
Qəzetin yazdığına görə, Bukingem sarayın yolunda III Çarlzın təhlükəsizliyini yüzlərlə polis əməkdaşı təmin edəcək.
Monarx iyulun 17-də parlamentin ilk iclasının açılışında taxtdan çıxış edəcək. Tədbir ənənəvi olaraq qarşıdan gələn parlament ili üçün hökumətin prioritetlərini əks etdirir.
Bir qayda olaraq, kral karetdə Vestminster Sarayına gəlir və mərasimi aparır. Polis Ulhayt və ətraf küçələri bağlayacaq. Karetin hərəkət etdiyi ərazidə binaların damlarına snayperlər yerləşdiriləcək.
Hazırda parlamentin girişində hasarlar quraşdırılır, yaxın günlərdə binaya giriş məhdudlaşdırılacaq.
Azpost.info